Gürcüstan Ukraynaya hərbi yardım etməyəcək
2022-12-07 18:38:00
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisinin Kiyev hökumətinə hərbi yardım göstərməyəcəyini bildirib. O, bunu Gürcüstanın münaqişədə tərəf olmaq istəməməsi ilə izah edib: “Hərbi yardıma gəlincə, biz bunu etməyəcəyimizi aydın demişik. Biz dövlət olaraq heç vaxt münaqişələrə qoşulmayacağıq. Bu, bizim qəti mövqeyimizdir”.
Hürr Tərcüman