📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstan XİN-dən AÇIQLAMA: "Cənubi Osetiyada referendumdan danışmaq qəbuledilməzdir"

2022-03-31 14:47:00

Gürcüstan XİN-dən AÇIQLAMA:

Gürcüstan Cənubi Osetiyanın Rusiyaya birləşmək üçün referendum keçirməklə bağlı bəyanatlarına reaksiya verib.
"Cənubi Osetiyada referendumdan danışmaq qəbuledilməzdir", - Gürcüstan Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Cənubi Osetiyanın Rusiyaya birləşmək qərarının ardınca qondarma Abxaziya  rəhbərliyi açıqlama verdi ki, onların Rusiyanın tərkibində olmaq niyyəti yoxdur. 
“Rusiya bizim strateji tərəfdaşımız, əziz və yaxın dövlətimizdir, lakin bizim respublikamızda Rusiya Federasiyasına daxil olmaq niyyətimiz yoxdur. Əvvəla, Konstitusiyamız, qanunvericiliyimiz imkan vermir, cəmiyyətdə belə əhval-ruhiyyə yoxdur. Bu məsələ bizim dairələrdə - siyasi və ictimai yerlərdə müzakirə olunmur.
Mən Abxaziyada belə bir siyasi qüvvə, partiya və ya ictimai hərəkat tanımıram ki, belə bir ehtimaldan, müstəqillikdən imtinadan çıxış etsin. Belə siyasi qüvvələr yoxdur”, deyə qondarma Abxaziya parlamentinin sədri Valeri Kvarçia bildirib.
Bu arada, Sxinvali vilayəti aprelin 10-da “Cənubi Osetiyanın Rusiyaya qoşulması ilə bağlı referendum” keçirmək niyyətində olduğunu açıqlayıb.

Ülviyyə, Hurriyyet.az