Gürcüstana toqquşmalar və iğtişaşlar olacağı barəsində xəbərdarlıq edildi
Hurriyyet.az xəbər verir ki, "Financial Times" nəşri Gürcüstanda seçkilərdən sonra qarışıqlıq riskinin olduğu barəsində xəbərdarlıq edib.
Britaniyanın "Financial Times" nəşrinin yazdığına görə, parlament seçkilərindən sonra Gürcüstanda toqquşmaların və iğtişaşların olması "demək olar ki, qaçılmazdır".
Qəzet yazır: "Həm hökumət, həm də müxalifət alyansı qələbəyə aparan yolda olduqlarını bildirirlər ki, bu da nəticələrdən sonrakı toqquşmaları demək olar, qaçılmaz edir".
Bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili jurnalistin müvafiq sualına cavab verərkən bəyan ermişdi ki, əgər "Gürcü arzusu - Dempkratik Gürcüstan" qarşıdakı parlament seçkilərində qələbə çalarsa, onu həbs edə bilərlər.
Gürcüstanda seçkilər oktyabrın 26-da keçiriləcək.
Hakimiyyət vətəndaşların ölkənin hərbi poliqona çevrilməsi ilə sülh arasında seçim edəcəklərini bəyan edirlər. Gürcüstanda müxalifət hökuməti rusiyapərəstlikdə, hakimiyyət isə müxalifəti Qərbə xidmət etməkdə ittiham edir.
Hürr Tərcüman