📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda 12 yaşlı azərbaycanlı qəzada öldü - Foto

2026-08-12 17:14:15

Gürcüstanda 12 yaşlı azərbaycanlı qəzada öldü - Foto

Ötən gecə Gürcüstanda baş vermiş yol qəzasında azərbaycanlı yeniyetmə vəfat edib.

Hurriyyet.Media  xəbər verir ki, hadisə Tbilisi şəhəri yaxınlığındakı Soğanlıq kəndində baş verib.

Qəza nəticəsində 12 yaşlı Tapdıq Nuqzar oğlu Qəhrəmanov aldığı xəsarətlərdən həyatını itirib.

Faktla bağlı yerli polis orqanı tərəfindən araşdırma aparılır.