📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda 59 xarici ölkə vətəndaşı saxlanılıb

2026-11-27 18:10:45

Gürcüstanda 59 xarici ölkə vətəndaşı saxlanılıb

Gürcüstanda qanunsuz yaşayan 59 xarici ölkə vətəndaşı saxlanılıb.

Bakıvaxtı.az "İnterpress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti məlumat yayıb.

Saxlanılanlar arasında Livan, Türkmənistan, Pakistan, Yəmən, Belarus, Özbəkistan, Rusiya, Kamerun, Hindistan, İordaniya, Azərbaycan, Çin və Türkiyə vətəndaşları var.

 Yoxlamalar nəticəsində müəyyən edilib ki, saxlanılan şəxslər Gürcüstanda "Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında" qanunla müəyyən edilmiş tələbləri pozaraq olublar.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzindədirlər. Onların Gürcüstandan deportasiya edilməsi məqsədilə müvafiq prosedurlar həyata keçirilir.