📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

2026-10-11 11:52:16

Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı

Gürcüstanda polis əməkdaşları ölkədə qanunsuz yaşayan əcnəbilərə qarşı genişmiqyaslı reydlər keçirib.

Hurriyyet.net  xəbər verir ki, əməliyyatlar nəticəsində 64 xarici ölkə vətəndaşı saxlanılıb.

Saxlanılanlar arasında Rusiya, Türkiyə, Azərbaycan, Çin, Hindistan, Pakistan və digər ölkələrin vətəndaşları da var.

Saxlanılan şəxslər müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər. Onların Gürcüstandan deportasiya edilməsi ilə bağlı müvafiq prosedurlara başlanılıb.