📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda “Beşiktaş”ın oyununda dava düşdü - Polis müdaxilə etdi

2026-11-27 11:18:09

Gürcüstanda “Beşiktaş”ın oyununda dava düşdü - Polis müdaxilə etdi

UEFA Avropa Liqasının Liqa mərhələsinin V turu çərçivəsində Gürcüstanın Batumi şəhərində keçirilən “Beşiktaş” – “Hapoel Beer-Şeva” qarşılaşmasında insident yaşanıb.

Hurriyyet.net  “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə təmsilçisinin azarkeşlərinin tribunalarda Fələstin bayrağı açmasına Gürcüstan polisi sərt müdaxilə edib.

Qarşılaşmanın 25-ci dəqiqəsində tribunalarda gərginlik artıb. Polis azarkeşlərə qarşı bibər qazından istifadə edib, hakimlər isə paltardəyişmə otağına yollanıblar. Hadisələr zamanı “Beşiktaş” azarkeşlərindən biri xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları azarkeşləri sakitləşdirməyə çalışıblar.

Stadionun kənarında da azarkeşlərə qarşı zor tətbiq edildiyi, onlardan bəzilərinin huşunu itirənədək döyüldüyü bildirilir.

Qeyd edək ki, qarşılaşmadan əvvəl “Beşiktaş”ın futbolçuları İsrail təmsilçisinin oyunçuları ilə əl sıxmayıblar.