Gürcüstanda bir sıra COVİD məhdudiyyətləri bərpa olunacaq
2021-07-27 16:34:00
Koronavirusa nəzarət üzrə Milli mərkəzin rəhbəri Amirana Qamkrelidzenin sözlərinə görə, Gürcüstanda epidemioloji vəziyyət pisləşir. Onun sözlərinə görə, Koordinasiya şurasının iclasında qəbul ediləcək zəruri tədbirlər və virusun yayılmasının qarşısının alınması üçün məsləhətlər müzakirə olunub. Amiran Qamkrelidze pandemiya üzərində qələbə yolunda bir neçə vacib istiqamətləri sadalayıb : ”Bu istiqamətlərdən birincisi vaksinasiyanı aktivləşdirmək, qapalı məkanlarda və açıq məkanlarda insan kütləsi toplanan yerlərdə maskanın olmasıdır. Əsas kütləvi yığıncaqlara-toy, məclis, konsertə tətbiq olunan qadağalardır. Bundan başqa sərhədlərə nəzarəti gücləndirmək lazımdır”.
“Apsny.ge”
Hazırladı: Ülviyyə Şükürova