Gürcüstanda birinci sinif şagirdlərinə yeni netbuklar veriləcək...bəs bizdə?
2024-09-16 10:30:27
Bu gün Azərbaycan məktəblərində yeni dərs ili başladı. Eyni zamanda Gürcüstan məktəblərində də dərs ili başlayıb.
2024-cü ildə noyabrın 1-dən əvvəl 6 yaşı tamam olacaq uşaqlar birinci sinfə qəbul edildi. Gürcüstan məktəblərndə baş tutacaq daha bir yenilik var ki, dövlət məktəblərində birinci sinif şagirdlərinə də yeni netbuklar veriləcək.
Son məlumatlara görə, Gürcüstanda 2296 məktəb var ki, onlardan 2086-sı dövlət, 210-u isə özəldir.
Maraqlıdır, Azərbaycandan kasıb ölkə olan Gürcüstan məktəbləri ilə müqayisədə bizim məktəblərdə də şagirdlər üçün bu qəbildən hansısa addım atlacaqmı?
Ülviyyə, Hurriyyet.az