📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda böhran – Prezident onu məhkəməyə verən hökumətdən narazıdır

2023-10-06 19:53:06

Gürcüstanda böhran – Prezident onu məhkəməyə verən hökumətdən narazıdır

Hurriyyet.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili ölkənin Konstitusiya məhkəməsində onun impiçmenti ilə bağlı keçirilən dinləmələrdən danışarkən deyib hakim “Gürcü arzusu” partiyasının sırf siyasi məqsədlər üçün çalışdığını deyib: “Konstitusiyanın pozulub-pozulmaması onları narahat etmir. Onların narahatlığı sırf siyasi motivlidir. Onlar Prezidentə qəzəbləniblər, ondan inciyiblər”.

Zurabişvili heç bir faktiki və hüquqi dəlilin təqdim edilmədiyini söyləyib.

“Ümid edirəm ki, Konstitusiya məhkəməsi Prezidentin xarici əlaqələrdə söz sahibi olmamasına və hökumətin icazəsinin əsirinə çevrilməsinə yol verməyəcək. Hətta Konstitusiyanın pozulduğu isbat edilsə də, onlar heç cür cəmiyyətdə etimad qazana bilməyəcəklər”.

Hürr Tərcüman