📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda böyük qaz yatağı aşkar edilib

2022-07-11 22:03:00

Gürcüstanda böyük qaz yatağı aşkar edilib

Gürcüstanda 16 milyard kubmetr həcmində təbii qaz yatağının kəşfi təsdiqlənib.

Bunu Dövlət Neft və Qaz Agentliyinin rəhbəri Geiorgi Tatişvili bildirib.

Tbilisi yaxınlığındakı qaz yatağı Gürcüstanda əvvəllər kəşf edilmiş yataqların potensialını üzə çıxarmaq üçün innovativ texnologiyalar tətbiq edən “Block Energy” şirkəti tərəfindən istismar olunacaq.

Quyu vaxtilə “Schlumberger” şirkəti tərəfindən qazılıb və hazırda “Block Energy” burada lisenziyalı operatorudur.

Mənbə: Sputnik Georgia