Gürcüstanda da əyani təhsil bərpa olunacaq
2021-09-30 16:28:00
Hurriyyet.az xəbər verir ki, oktyabrın 4-dən etibarən Gürcüstanda siniflərdə və auditoriyalarda dərslər bərpa ediləcək. Qərarı Koordinasiya Şurası verib. Şura rəsmilərinin açıqlamasında deyilir: “Qərara əsasən , məktəblərdə və auditoriyalarda dərslər 4 oktyabr tarixindən bərpa ediləcək. Məktəbəqədər müəssisələr və uşaq əyləncə mərkəzləri də həmin gündən normal fəaliyyətə başlayacaqlar”. Həmçinin, şagirdlər öz istəkləri ilə onlayn təhsilə davam edə bilərlər.