📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda ərzaq ajiotajı yarandı

2022-03-09 15:08:00

Gürcüstanda ərzaq ajiotajı yarandı

Gürcüstanda mağaza rəflərindən şəkər yoxa çıxıb, eyni zamanda duz və yağ ajiotajı artıb. Belə ki, ölkənin Pərakəndə Satıcılar Assosiasiyasının İdarə Heyətinin sədri Miranda Manajqaladze pərakəndə satış şəbəkələrində şəkər qıtlığının olduğunu desə də, əhalini kütləvi şəkildə ərzaq məhsulları almamağa çağırıb.
"Kütləvi alış başlasa, süni qıtlıq yaranacaq və tələbin artması məhsulun qiymətinin qalxmasına səbəb olacaq”, deyə o bildirib. Onun sözlərinə görə, idxalçılar ay yarımlıq şəkər, duz və yağ ehtiyatlarının olduğunu iddia edirlər. Xatırladaq ki, bu həftə dünyada şəkərin qiyməti son 6 ilin ən yüksək həddinə çatıb.

Ülviyyə, Hurriyyet.az