📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda insanlar küçələrə axışdılar: “Saakaşvilini həbsxanadan çıxarana qədər...”

2021-11-19 17:53:00

Gürcüstanda insanlar küçələrə axışdılar: “Saakaşvilini həbsxanadan çıxarana qədər...”

Hurriyyet.az “Sputnik Gürcüstan” agentliyinə istinadən xəbər verir ki, gürcü müxalifəti Tbilisi şəhərinin mərkəzində yürüşə çıxıb. Keçmiş prezident Mixail Saakaşvilinin minlərlə tərəfdarı paytaxtın mərkəzindəki Rustaveli proslektində “Saakaşviliyə azadlıq” şüarı ilə çıxış edərək etirazlarını bildiriblər. Sonra insanlar parlament binasının qarşısında toplaşaraq müxalifət liderlərinin çıxışını dinləyiblər. “Vahid Milli Hərəkat” partiyasının lideri Nika Meliya deyib: “Səbrinizə və dinc etirazınıza görə sizə təşəkkürümü bildirirəm”. O bildirib ki, məhz insanların kütləvi etirazı nəticəsində Gürcüstanın Ədliyyə naziri Rati Breqadze Saakaşvilini Qoridəki hərbi hospitala köçürməyi təklif edib.

Müxalifətçi deyib: “İndi biz neyləməliyik? Saakaşvilinin qərarını gözləməliyik. Doğru qərarı o verəcək. O, öz həyatının dövlətçilik üçün nə qədər mühüm olduğunu bildir. Onu Qldan həbsxanasından çıxarana qədər biz buradan getməyəcəyik”.

 

Hürr Tərcüman