📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda LGBT-yə dair qanun hazırlanır

2024-03-19 09:53:42

Gürcüstanda LGBT-yə dair qanun hazırlanır

Gürcüstanın “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasından olan deputatlar LGBT təbliğatına qarşı qanun layihəsini təqdim etməyə hazırlaşır.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı partiyanın icraçı katibi Mamuka Mdinaradze deyib.

Siyasətçi LGBT fəallarının BMT-nin İnkişaf Fondu tərəfindən dəstəkləndiyini vurğulayıb:

“BMT-nin İnkişaf Proqramını və digər donor təşkilatları konkret olaraq hansı layihələri maliyyələşdirdiklərini, dost və tərəfdaş ölkələrin vergi ödəyicilərinin vəsaitlərinin hara getdiyini aydın bildirməyə çağırırıq. Qeyri-ənənəvi cinsi oriyentasiyaya malik insanların hüquqlarını potensial təhlükəli LGBT təbliğatından fərqləndirmək lazımdır”.

axar.az