Gürcüstanda LGTB qadağan edildi
2024-09-17 17:34:31
Hurriyyet.az xəbər verir ki, Gürcüstan parlamenti üçüncü və son oxunuşda LGTB təbliğatını və cins dəyişdirilməsini qadağan edib.
Parlamentin plenar iclası qanunverici orqanın saytında canlı efirdə nümayiş etdirilib.
84 deputat qanunun lehinə səs verib. Əleyhinə səs verən olmayıb. Deputatlar paketə daxil olan digər qanunları da üçüncü oxunuşda qəbul ediblər.
Qanun imzalanılması üçün Prezident Salome Zurabişviliyə təqdim ediləcək.
Hürr Tərcüman