📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda matəm elan olunub

2022-07-30 00:20:00

Gürcüstanda matəm elan olunub

Gürcüstanda iyulun 30-u matəm günü elan olunub.

Bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

Qərara əsasən, sabah Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan 8 nəfərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində dövlət bayraqları endiriləcək.

Hökumət başçısı həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. \\Report