Gürcüstanda parlament binasını zədələdilər, iclas təxirə salındı
2024-05-02 14:32:48
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, paytaxt küçələrindəki qarışıqlıq səbəbindən Gürcüstan parlamenti bugünkü iclasını təxirə salıb.
Ötən gecə Tbilisi küçələrində baş vermiş etiraz aksiyaları nəticəsində parlamentin binası zədələnib. Bununla əlaqədar bu gün qanunverici orqanda keçirilməsi planlaşdırılan bütün tədbirlər məcburiyyət qarşısında ləğv edilib.
Etirazlar "Xarici təsirin şəffaflığı" qanun layihəsinin qəbul edilməsinə qarşı keçirilib və gec saatlara qədər davam edib. Mitinq iştirakçıları parlamentin binasını və kommunikasiya xətlərini zədələyiblər.
Bu barədə məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti verib.
Hürr Tərcüman