📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda Prezident ilə avaşirkət arasında qarşıdurma davam edir

2023-10-10 13:57:11

Gürcüstanda Prezident  ilə avaşirkət arasında qarşıdurma davam edir

Hurriyyet.az “Qruzia onlayn” portalına istinalda xəbər verir ki, “Gürcüstan Hava Yolları” şirkəti ilə ölkə Prezidenti Salome Zurabişvili  arasında qarşıdurma davam edir. Şirkətin Prezidenti Tamaz Qaiaşvili mətbuata müsahibəsində ölkə Prezidentini “səriştəsiz” adlandırıb və İsraildən Gürcüstana uçuşları dövlət büdcəsindən maliyyələşdirməyi məsləhət görüb: “Qoy, Prezident xanım fikirləşməsin ki, “Gürcüstan Hava Yolları” da “Fransa Hava Yolları” kimi 600 təyyarəsi olan şirkətdir. Bizim cəmi 3 təyyarəmiz var və Prezident xanım bizə kömək etmək barəsində heç zaman fikirləşməyib. Baxın,“Fransa Hava Yolları”  pandemiya dövründə 10 milyard (avro) alıb, “Gürcüstan Hava Yolları” isə - bir sent də almayıb”.

Qeyd edək ki, Gürcüstanın Prezident Administrasiyası bu günlərdə Zurabişvilinin bəyanatını dərc edib. O, Gürcüstanın aviaşirkətlərinin “heç olmasa bir dəfə sosial məsuliyyət daşıyaraq”, Gürcüstan vətəndaşlarının təhlükəsiz şəkildə ölkəyə qayırmalarına kömək eləməli olduğunu bildirib. “Gürcüstan Hava Yolları” isə cavabında şirkətin biletlərin qiymətini bahalaşdırmadığını deyib.

Bu ilin may ayında Gürcüstan Prezidenti Salome Zurabişvili “Gürcüstan Hava Yollarını” Rusiyaya birbaşa aviauçuşları açdığı üçün boykot etmişdi. Şirkət də öz növbəsində Gürcüstan Prezidentinin “persona non qrata” elan edərək, üzr istəməsini tələb eləmişdi.

Hürr Tərcüman