Gürcüstanda rus turistlərə yumurta atdılar - əksəriyyəti gəmidə qalıb
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Batumi limanında müxalifətçilər Rusiyadan gələn turistlərin mindikləri avtobuslara və mikroavtobuslara lax yumurtalar və plastik su qabları atıblar. 10 nəfər saxlanılıb. Polis aksiya iştirakçılarını həbs etməyə davam edir.
Bu gün (iyulun 31-də) səhər saatlarında Batumi limanına “Astoriya Qrand” adlı layner daxil olub. Sərnişinlərin əksəriyyəti gəminin göyərtəsində qalaraq, aksiyanın gedişini müşahidə edirlər. Batumi polisinin rəisi İrakli Dqebuadze saxlanıların xırda xuliqanlıqda və polisə tabe olmamaqda ittiham etdiyini söyləyib. Gəmidən düşüb avtobuslara minən tursitləri polis maşınları müşayiət edir.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Palau bayrağı altında üzən “Astoriya Qrand“ gəmisinin sanksiyalar siyahısında olmadığını və bütün dünyada limanlara sərbəst daxil ola bilmək icazəsinin olduğunu bəyan edib.
Hürr Tərcüman