Gürcüstanda Rusiyanın "Georgi lenti" ilə “Z” və “V” simvollarının qadağan olunması təklif olundu
2022-04-21 16:27:00
Gürcüstanın müxalifət partiyası “Lelo” Ukraynaya qarşı müharibədə Rusiyanın "Georgi lenti" ilə “Z” və “V” simvollarını qadağan etmək üçün qanunvericilik təşəbbüsü ilə çıxış edib. Partiya hesab edir ki, bu cür təbliğat simvollarına qarşı mübarizə Gürcüstanın milli maraqlarına uyğundur.
Təklif olunan qanun layihəsinə əsasən, bu simvolları təbliğ edən fiziki şəxsin 2000 lari (təxminən 650 ABŞ dolları), hüquqi şəxs 5000 lari (təxminən 1640 ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırılması təklif olunur.
Qayda pozuntusunun təkrar törədildiyi təqdirdə fiziki şəxs 5000 cərimə olunacaq və ya 15 gün müddətinə inzibati həbs, hüquqi şəxs 10 min lari (təxminən 3290 ABŞ dolları) məbləğində cərimə olunacaq.
Ülviyyə, Hurriyyet.az