Gürcüstanda soyğunçu bankda 12 nəfəri girov götürüb: 2 milyon istəyir - Video
2022-09-20 16:17:00
Gürcüstanın Kutaisi şəhərində silahlı bir şəxs banka hücum edib.
Hurriyyet.az xəbər verir ki, Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcüstan Bankı”nda 12 nəfərin girov götürüldüyünü açıqlayıb.
“Hüquq-mühafizə orqanları onların sürətli və təhlükəsiz azad edilməsi üçün bütün lazımi tədbirləri görürlər”, - məlumatda deyilir.
Soyğunçu üç saat ərzində ona 2 milyon dolların verilməsini istəyir.
İlkin ehtimala görə, cinayətkar bank filialında partlayıcı qurğu quraşdırıb.
yeniavaz.com