Gürcüstanda Stalinin heykəlinin başı qopardıldı
2022-03-09 14:56:00
Gürcüstanın Qori rayonunun Variani kəndində Stalinin abidəsinin başı qopardılıb. Bu barədə ölkənin Teleqram kanalları xəbər verir.
Stalinin abidəsi fevralın 19-da iş adamı Georgi Kandelakiyə məxsus restoranın yaxınlığında şəxsi mülkdə ucaldılmışdı. Bundan sonra heykəlin üzərinə qırmızı boya tökülmüşdü, bir neçə gün əvvəl isə onun başı kəsilib.
Ülviyyə, Hurriyyet.az