📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda yeni tədris ili distant dərslərlə başlayacaq

2021-08-31 17:53:00

Gürcüstanda yeni tədris ili distant dərslərlə başlayacaq

Hurriyyet.az xəbər verir ki, Gürcüstan hökumətinin qərarı ilə koronavirusla mübarizə çərçivəsində məktəblərdə 2021-2022-ci tədris uzaqdan təhsil ilə başlanacaq.

Baş nazir İrakli Qaribaşvilinin sədrliyi ilə Tiflisdə Hökumət Evində keçirilən, Kovid-19 ilə mübarizəyə həsr edilmiş iclasda ölkədəki koronavirusla bağlı vəziyyət qiymətləndirilib.

İclas nəticəsində verilən qərara görə, ölkə miqyasındakı universitet, məktəb və kolleclərdə 2021-2022-ci tədris ilində dərslər distant şəkildə keçiriləcək. 

Bağçalar da 4 oktyabr tarixinə qədər bağlı qalacaq. 

Gürcüstanın Təhsil və Elm naziri Mixail Şenxeli iclasdan sonrakı çıxışında ölkədə tədris ilinin 15 sentyabr tarixində başlayacağını, 4 oktyabra qədər dərslərin onlayn keçiriləcəyini, həmin tarixdən sonra  isə vəziyyətlə əlaqədar olaraq qərar veriləcəyini bildirib.

Gürcüstanda son sutka ərzində 4 788 nəfərdə Kovid-19 virusu aşkar edilib və koronavirusa yoluxma nəticəsində 79 nəfər dünyasını dəyişib.

İndiyə qədər Gürcüstanda 549 811 yoluxma, 7 408 ölüm hadisəsi baş verib.