📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanda yerli seçkilərin ikinci turu BAŞA ÇATDI

2021-10-30 20:24:00

Gürcüstanda yerli seçkilərin ikinci turu BAŞA ÇATDI

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci mərhələsi başa çatıb.

Səsvermə prosesinə yerli vaxtla saat 20:00-da yekun vurulub.

Mərkəzi Seçki Komissiyasının saat 17:00-a olan məlumatına əsasən, Gürcüstan üzrə seçici fəallığı 39,5 %, Tbilisidə isə 38,7 % təşkil edib.

Xatırladaq ki, bu gün qonşu ölkədə Tbilisi də daxil olmaqla 20 şəhər və rayona mer, həmçinin 24 majoritar dairədə yerli məşvərətçi orqana (sakrebulo) deputatlar seçilib.\\Report