📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”

2026-08-08 10:23:02

“Gürcüstandakı münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik”

“Biz Gürcüstandakı münaqişənin beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında sülh yolu ilə həllinə tam dəstəyimizi bir daha təsdiqləyirik”.

Hurriyyet.Media  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilir.

“Azərbaycan Gürcüstanla strateji tərəfdaşlığını və yaxın qonşuluq münasibətlərini yüksək qiymətləndirir və ölkələrimiz arasında uzunmüddətli əlaqələrin daha da möhkəmləndirilməsinə sadiq qalır”, - XİN-dən qeyd edilib.