📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstandan 83 xarici vətəndaş deportasiya edilib

2026-09-22 18:31:02

Gürcüstandan 83 xarici vətəndaş deportasiya edilib

Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq bölmələri ilə koordinasiyalı şəkildə son günlər ərzində 83 xarici ölkə vətəndaşını Gürcüstandan deportasiya ediblər.

Bakıvaxtı.az "InterPress.ge"yə istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Azərbaycan, Türkmənistan, Türkiyə, Rusiya, Efiopiya, Misir, İraq, Hindistan, Burundi, Pakistan, Keniya, Bolqarıstan, Banqladeş, İordaniya, Nigeriya, Ermənistan, Özbəkistan, Çin və digər ölkələrin ümumilikdə 83 vətəndaşı ölkədən deportasiya edilib.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişinə qadağa qoyulub.