📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstandan ABŞ-a təklif

2024-07-24 12:20:39

Gürcüstandan ABŞ-a təklif

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Tbilisi ABŞ-a münasibətləri yeniləməyi təklif edib və Vaşinqton tərəfindən müsbət addımlar atılacağına ümid edir.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze birifinqdəki çıxışı zamanı məlumat verib.
Hökumət başçısı deyib: "Biz amerikalı tərəfdaşlarımıza tamamilə yeni gündəlik təklif etmək istəyirik - bu, münasibətləri yeniləməkdir. Ötən üç-dörd il ərzində bir çox məsələlərdə bu münasibətlərə kölgə düşdüyü sizə bəllidir. Bu fonda Gürcüstan-ABŞ münasibətlərinin yenilənməyə ehtiyacı var. Gürcüstan hakimiyyəti ABŞ-ın bu istiqamətdə praqmatik qərarlar qəbul edəcəyini gözləyir".
Kobaxidze münasibətlərin yenilənməsi üçün ilk növbədə ədalətli yanaşmanın zəruri olduğunu söyləyib. Gürcüstan bu istiqamətdə zəruri olan maksimal addımlar atmağa hazırdır və bunu Amerika tərəfindən də gözləyir. 
ABŞ Müdafiə Nazirliyi ötən həftə verdiyi açıqlamada Gürcüstan ilə birlikdə 2024-cü ilin yayında keçirilməsi planlaşdırılan "Layiqli tərəfdaş" hərbi təlimlərinin qeyri-müəyyən vaxta qədər təxirə salındığını bəyan etmişdi. Qərarın verilməsinin səbəbi Gürcüstan hakimiyyətinin Qərbin Ukraynadan sonra Gürcüstanda Rusiyaya qarşı "ikinci cəbhə açmağı" planlaşdırdığı barəsində açıqlaması olub.  
Hürr Tərcüman