📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb

2026-04-20 13:38:36

Gürcüstandan Azərbaycana avtomobil ixracı azalıb

Bu ilin I rübündə Azərbaycan Gürcüstandan 29,8 milyon ABŞ dolları dəyərində 919 ədəd minik avtomobili idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin xarici ticarət portalından məlum olur.

Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycan qonşu ölkədən avtomobil tədarükünü dəyər baxımından 41,15%, miqdar baxımından isə 2 dəfədən çox azaldıb.

Yanvar-martda Gürcüstandan ümumilikdə 364,5 milyon ABŞ dolları dəyərində 14 237 ədəd minik avtomobili ixraca yönəlib ki, bunun da 6,46%-i Azərbaycanın payına düşüb.