📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi

2024-10-31 17:56:19

Gürcüstandan Ermənistanda tərs ŞİLLƏ - İcazə verilmədi

Gürcüstan Fransanın “SEZAR” özüyeriyən silahlarının Ermənistana daxil olmasına icazə verməyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə politoloq Qurgen Simonyan məlumat verib.

"Bəziləri Qərb silahlarının Gürcüstandan keçərək Ermənistana daxil olduğunu iddia edir. Onda nə üçün “SEZAR” hələ də Poti və ya Gürcüstanda başqa bir yerdədir?" — deyə Simonyan sual edib.

Onun fikrincə, Ermənistan ABŞ-ın dövlət katibi Antoni Blinkenin göstərişini gözləməlidir.

Politoloqun sözlərinə görə, Blinken Gürcüstanla qarşıdurmaya işarə edir:

"Ermənistan hökumətinin yerində olsam, Dövlət Departamentinin mövqeyini gözləyərdim. Blinkenin bəyanatlarında seçkilərlə bağlı təbriklərin olmadığını, əksinə, mümkün qarşıdurmaya işarə etdiyini hiss etdinizmi?"

Musavat.com