Gürcüstandan Qərbə qarşı növbəti addım - LGTB ilə mübarizə başlanır
2024-06-04 14:23:43
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanda LGTB təbliğatının və cins dəyişdirilməsinin qadağan edilməsi ilə bağlı qanun layihələri parlamentdə müzakirəyə çıxarılacaq. Kişi ilə qadının ittifaqından başqa, hər hansı bir nikah növünün qeydiyyatdan keçirilməsinin yasaqlanması planlaşdırılır.
Ailə dəyərlərini qorumaq üçün təqdim edilən qanun layihələri paketini hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyası təqdim edəcək. Bu barədə açıqlamanı parlamentin spikeri Şalva Papuaşvili verib.
Hürr Tərcüman