📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstandan Rusiya vətəndaşlarına qarşı qadağan – minlərlə mənzil alıblar

2023-05-16 16:51:00

Gürcüstandan Rusiya vətəndaşlarına qarşı qadağan – minlərlə mənzil alıblar

Hurriyyet.az xəbər verir ki, Gürcüstan parlamentinə rusiyalıların bu ölkədə daşınmaz əmlakını almasını qadağan edəcək qanun layihəsi müzakirəyə çıxarılıb. Layihədə 2024-cü ilin sonuna qədər bu cür sövdələşmələrin qadağan edilməsi nəzərdə tutulur. Yalnız miras yolu ilə mülkə sahib olanlar qadağandan kənarda qala biləcəklər. Bu barədə məlumatı “Novosti Qruzii” portalı verib.

2022-ci ildə Gürcüstanda satışa çıxarılan əmlakın beşdən birini əcnəbilər, xüsusən də rusiyalılar alıb. 2023-cü ilin birinci rübündə rusiyalılar iki mindən artıq mənzil alıblar.

Deputatların fikrincə bu cür tendensiya mənzil bazarında bahalaşmaya aparır və bu da Gürcüstan vətəndaşları üçün çətinliklər yaradır.

Hürr Tərcüman