📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstandan Rusiyaya gedən yol bağlandı

2024-11-26 22:16:38

Gürcüstandan Rusiyaya gedən yol bağlandı

Gürcüstandan Rusiyaya gedən Yuxarı Lars yolu bütün növ avtomobillər üçün bağlanıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Federal Gömrük Xidməti öz teleqram kanalında məlumat yayıb.

Bildirilib ki, buna səbəb pisləşən hava şəraitinin olmasıdır.

Qeyd edək ki, Yuxarı Lars yolu Rusiya Federasiyası ilə Gürcüstanı birləşdirən yeganə quru yoludur.//Qafqazinfo