Gürcüstanı Avroviziyada erməni harsını təmsil edəcək
2023-02-04 12:14:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Gürcüstanda keçirilən “Voice” musiqi layihəsinin qalibi İru Xeçanova bu ölkəni Avroviziya-2023 mahnı müsabiqəsində təmsil edəcək. 22 yaşlı Xeçanova Tbilisi ermənisidir və tamaşaçıların səsverməsində namizədlər arasında ən çox – 21,88% səs qazanıb.
O, 2011-ci ildə “Candy” qrupunun tərkibində Uşaq Avroviziyasının qalibi olub.
Müsabiqənin ötənilki qalibi Ukrayna olsa da, bu ölkədə müharibə olması səbəbindən, Avroviziya-2023 Britaniyanın Liverpul şəhərində keçiriləcək. Final 13 may tarixində olacaq.
Hürr Tərcüman.