"Gürcüstanı Ukraynaya çevrilməyə qoymayacağıq" - Kobaxidze
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze "maydan" hərəkatının Ukraynanı məhv elədiyini söyləyib və Gürcüstanda "maydan"a və "ukraynalaşdırmağa" yol verilməməsi üçün rəsmi Tbilisinin əlindən gələni əsirgəməyəcəyini bəyan edib.
Kobaxidze 2014-cü ildə Ukraynada baş vermiş hərbi çevrilişin ölkə üçün fəlakətli nəticələr doğurduğunu söyləyib.
Kobaxidze deyib: "Bizə daim "maydan"ı xatırladırlar. "Maydan"ın Ukraynaya nə verdiyini sizə xatırlatmaq istəyirəm. O zaman Ukrayna rəhbərliyi xaricdən təyin edilmişdi... Lakin bundan sonra Ukraynada baş verənləri biz hamımız yaxşı bilirik. Həmin vaxta qədər Ukrayna ərazi bütövlüyünə malik, iqtisadiyyatı inkişaf edən dövlət idi. O zaman Ukrayna iqtisadiyyatı 200 milyard dollara yaxın idi. İndi isə ölkə məhv edilib, iqtisadiyyat ağır, fəlakətli vəziyyətdədir".
Hürr Tərcüman