Gürcüstanın hakim partiyasının sədri Ukrayna kəşfiyyatının məlumatlarını "saxta" adlandırdı
2022-04-08 14:37:00
Hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze hesab edir ki, Ukrayna tərəfinin Rusiyaya qaçaqmalçılıqla bağlı səsləndirdiyi məlumat saxtadır. “Bu qədər gündür Ukrayna tərəfdən heç bir məlumat almamağımız özlüyündə bu ittihamın heç nəyə əsaslanmadığını və əvvəldən axıra qədər qondarma-saxta olduğunu göstərir”, deyə Kobaxidze bildirib
Xatırladaq ki, Ukraynanın Baş Kəşfiyyat İdarəsi Gürcüstanı Rusiya sanksiyalardan yan keçməkdə, xüsusən də Gürcüstan ərazisindən keçən qaçaqmalçılıq kanalları yaratmaqda ittiham edib. Eyni zamanda qeyd olunub ki, Gürcüstan xüsusi xidmət orqanlarının nümayəndələri siyasi rəhbərlikdən qaçaqmalçıların fəaliyyətinə mane olmamaq barədə göstərişlər alıblar.
Ülviyyə, Hurriyyet.az