📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanın iqtisadiyyat naziri istefa verdi

2025-06-24 20:07:56

Gürcüstanın iqtisadiyyat naziri istefa verdi

Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili istefa verib.

Bu barədə Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.

Kobaxidze Davitaşvilinin baş nazirin iqtisadi məsələlər üzrə müşaviri, iqtisadi şuranın katibi vəzifəsini tutacağını qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə iqtisadiyyat nazirinin sabiq müavini Romeo Mikautadze külli miqdarda qanunsuz vəsait əldə edilməsi və qanunsuz vəsaitlərin leqallaşdırılması ittihamı ilə həbs edilib. \\Axar.Az