📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanın keçmiş ədliyyə naziri Kiyevdə döyülüb

2022-02-07 23:03:00

Gürcüstanın keçmiş ədliyyə naziri Kiyevdə döyülüb

Gürcüstanın keçmiş baş prokuroru və ədliyyə naziri (2004-2012), hazırda Ukrayna Baş prokurorunun müşaviri Zurab Adeişvili Kiyevdə hücuma məruz qalıb.

"Hurriyyet.az" “Report”un yerli bürosuna istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Bildirilib ki, Z.Adeişviliyə yaxınlaşan naməlum şəxslər onu döyüblər. İnsidentin sabiq nazirin Gürcüstandakı fəaliyyəti ilə bağlı olduğu qeyd edilib.

Müşavir xəstəxanada həkimlərin nəzarəti altındadır, vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir.

Kiyev polisindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Z.Adeişvili ötən ilin aprelində Gürcüstan vətəndaşlığından imtina edib. O, vətəndə bir neçə cinayət işi üzrə qiyabi olaraq həbs cəzasına məhkum edilib və axtarışa verilib.