"Gürcüstanın Rusiyaya qarşı "ikinci cəbhə" açmaması xarici qüvvələri qəzəbləndirir"
2024-07-26 14:02:09
Hurriyyet.az xəbər verir ki, belə bir açıqlamanı Gürcüstanın Baş naziri İrakli Kobaxidze verib. Onun sözlərinə görə, Gürcüstanda oktyabr ayında keçiriləcək parlament seçkilərində müxalifət qələbə çalarsa, ölkə bir neçə günün içərisində Rusiya ilə hərbi qarşıdurmanın ikinci cəbhəsinə çevrilər.
Kobaxidze jurnalistlərə açıqlamasında deyib: "Xaricdəki konkret qüvvələr Gürcüstanın indiyə qədər Rusiya Federasiyasına qarşı "ikinci cəbhə" açmamasından əsəbiləşirlər. Gürcüstanın hərbi münaqişəyə cəlb olunması, burada ikinci cəbhənin açılması üçün birbaşa səylər göstərilib. Biz buna yol vermədik, buna görə də konkret qüvvələr qəzəbləniblər. Lakin biz axıra qədər öz milli maraqlarımızın keşiyində dayanmalıyıq".
Hürr Tərcüman