📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanın sabiq müdafiə naziri həbs olundu

2025-12-27 15:47:40

Gürcüstanın sabiq müdafiə naziri həbs olundu

Gürcüstanın sabiq müdafiə naziri Baço Axalaya barəsində həbs qətimkan tədbiri seçilib.

Hurriyyet.az xəbər verir ki, qərar Tiflis Şəhər Məhkəməsinin qapalı keçirilən iclasında qəbul olunub.

Bu qərarla Gürcüstan Baş Prokurorluğunun vəsatəti təmin edilib.

Axalaya bu ilin oktyabrın 4-də bələdiyyə seçkiləri günündə Tbilisidə Gürcüstan prezidentinin sarayına basqın işi üzrə qrup halında zorakılığın təşkili və ona rəhbərlik etməkdə ittiham olunur.

Törədilmiş cinayət əməllərinə görə 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

Axar.az