Gürcüstanın Sloveniyadakı səfirliyinə azərbaycanlı TƏYİNAT - FOTO
2024-02-14 00:19:06
Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə azərbaycanlı təyin olunub.
"Hurriyyet" “Report”-a istinadla xəbər verir ki, Mirzə Süleymanov bu ilin yanvarından Sloveniyadakı səfirlikdə birinci katib kimi fəaliyyətə başlayıb.
Qeyd edək ki, M.Süleymanov ABŞ-də Texas Universitetinin bakalavr və magistr proqramını bitirib.