📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanın yeni baş naziri Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb

2024-03-12 20:09:17

Gürcüstanın yeni baş naziri Azərbaycan və Ermənistan səfirləri ilə görüşüb

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Faiq Quliyev və Aşot Smbatyanla görüşüb.

Hurriyyet.Az xəbər verir ki, Baş nazir səfirlərlə regiondakı mövcud vəziyyəti müzakirə edib.

Görüş zamanı sülh və sabitliyin vacibliyi vurğulanıb.

Baş nazir onlarla strateji tərəfdaşlıq, ölkələr arasında sıx dostluq münasibətlərindən, müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyindən də danışıb.\\Report