Gürcüstanın yeni Baş naziri Azərbaycana gələcək
2024-03-14 16:20:58
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bu həftə ərzində Azərbaycana səfər etməyə hazırlaşır. Onun yüksək səviyyədə görüşlər keçirməsi nəzərdə tutulur.
İrakli Kobaxidze ötən ay hökumət başçısı olub. Bu postda ilk xarici səfərini Brüsselə edib. Bakıya gəlişi onun ikinci xarici səfəri olacaq.
Hürr Tərcüman