📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Gürcüstanla ABŞ arasında gərginlik pik həddə

2024-05-02 23:28:49

Gürcüstanla ABŞ arasında gərginlik pik həddə

Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib.

Bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan bildirib.

“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksəkvəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu”, - deyə səfir qeyd edib.

O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib.
Səfir sözügedən dəvətin dəqiq nə vaxt edildiyini açıqlamayıb. \\ Ölkə.az