📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Güzdəkdə daş karxanasında dəhşətli hadisə

2026-08-17 15:25:24

Güzdəkdə daş karxanasında dəhşətli hadisə

Abşeron rayonu Daş Güzdək qəsəbəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Hurriyyet.Media  xəbər verir ki, Cəlilabad rayon sakini 1961-ci il təvəllüdlü Rabil Əsgər oğlu Zərbəliyevin işlədiyi karxanada ehtiyatsızlıqdan ayağı qurğuda ilişərək xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.