📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Haalandın yeni klubu məlum oldu - RƏSMİ

2022-05-10 19:12:00

Haalandın yeni klubu məlum oldu - RƏSMİ

"Borussiya"(Dortmund) klubunun futbolçusu Erlinq Haalandın "Mançester Siti"yə transferi rəsmiləşib.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Norveçli hücumçunun bu il iyulun 1-dən yeni komandasına qoşulacağı bildirilib. Transferin digər detalları ilə bağlı məlumat verilməyib.

Qeyd edək ki, Erlinq Haaland 2020-ci ilin əvvəlindən "Borussiya"da çıxış edirdi. \\Offsideplus.az