📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Haber Global”: Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına əsl vəzifələrini xatırladıb - VİDEO

2021-08-11 22:41:00

Azərbaycan torpaqlarında müvəqqəti olaraq yerləşdirilmiş Rusiya sülhməramlılarının təhdidedici fəaliyyətinə dair Bakıdan xəbərdarlıq verilib. Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına əsl vəzifələrini xatırladıb.

Bu barədə "Haber Global”ın hazırladığı süjetdə bildirilib.

Qeyd olunub ki, erməni qüvvələrinin Qarabağda yerləşdirilməsinə son verilməyəcəyi təqdirdə rəsmi Bakı tərəfindən bütün lazımi tədbirlər görüləcək.

Videomaterialda, həmçinin Ermənistan tərəfindən hər gün atəşkəsin pozulması və müxtəlif provakasiyalara əl atılması vurğulanıb.

Daha ətraflı "Haber Global”ın süjetində: