📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Haber Global: "Zəngəzur dəhlizində avtomobil yolunun 57 faizi tamamlanıb" - VİDEO

2022-09-10 23:20:00

Haber Global:

Türkiyənin Haber Global telekanalı Zəngəzur dəhlizinin qurulması üzrə aparılan işləri işıqlandırıb.

Telekanalın süjetində bildirilir ki, dəhlizin Azərbaycan ərazisindəki hissəsində tikinti işləri davam edir və artıq Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun 57 faizi tamamlanıb.

Videomaterialda qeyd olunur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nəzarəti altında Türkiyə şirkətləri tərəfindən aparılan tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır.

Daha ətraflı Haber Globalın süjetində: