📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hacı Cavad" məscidinin keçmiş axundu sərbəst buraxıldı

2021-10-26 13:00:00

"Hacı Cavad" məscidinin keçmiş axundu, şiə ilahiyatçı, oktyabrın 25-də günorta saxlanılmış Əhliman Rüstəmov gecəyarısı sərbəst buraxılıb.

Hurriyyet.az Turan.az-a istinadən bildirir ki, bu barədə onun yaxınları məlumat veriblər.

Rüstəmov Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib. Təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı qısamüddətli həbslərə məruz qalıb.

Bununla yanaşı, "Azərbaycanın din xadimləri" birliyinin üzvü və maide.az saytının baş redaktoru Sərdar Babayevə Azərbaycan Cinayət Məcəlləsinin 274-cü maddəsilə (dövlətə xəyanət) ittiham irəli sürülüb.

Yerli müşahidəçilər dindarların saxlanmasını son zamanlar Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsilə izah edirlər.