📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacı Əliyev qətlə yetirilən 16 yaşlı idmançı Turan haqda: "İdman ictimaiyyəti məyus oldu"

2022-12-12 20:52:00

Hacı Əliyev qətlə yetirilən 16 yaşlı idmançı Turan haqda:
"Gənc cüdoçunun ölümündən bütün idman ictimaiyyəti məyus oldu. Yeniyetmə bir idmançımız idi, bəlkə də gələcəyin olimpiya və dünya çempionu ola bilərdi. Avaralığa, kriminala və narkotikə meyilli olan idmançılara səslənirəm ki, öz gəncliklərinin qədrini bilsinlər".
Bu sözləri MTV kanalına açıqlamasında Olimpiya mükafatçısı, 3 qat Dünya çempionu Hacı Əliyev bildirib.
O əlavə edib ki, bəzi idmançılar qazandıqları nəticə onları çaşdırır: "Valideyn hər yaşda övladını qorumalıdır ki, idman sahəsində oxşar hallar baş verməsin. Yarışlar zamanı istərdim ki, girişdə nəzarət gücləndirilsin".
Olimpiya mükafatçısı, 3 qat Avropa çempionu Cəbrayıl Həsənov da mövzu ilə bağlı deyib ki, bu hadisə həm güləşçilər, həm də digər idmançılara da pis təsir edib: "Hər məşq zamanı biz də idmançılara izah edirik ki, belə hadisələrə yol verməsinlər".